"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

"Son günlər Azərbaycanda yaşandığı iddia edilən hicab məsələsi Türkiyənin ana gündəm mövzusuna çevrilib. Önünə gələn, sanki Azərbaycan bizim bir vilayətimizmiş kimi tənqid yağdırır.

Öz əvvəlki yazımda da qeyd etmişdim: Qardaş, bizə nə bundan? Biz niyə Azərbaycanın daxili işlərinə qarışırıq?"

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, bu sərt və diqqətçəkən fikirlər Türkiyədə fəaliyyət göstərən "Yeşil İğdır" və "15 Temmuz" qəzetlərinin təsisçisi və baş redaktoru, tanınmış publisist Cabbar Şıktaşın qələmə aldığı son məqaləsində yer alıb.

Yazar Türkiyədən Azərbaycana qarşı yönələn əsassız tənqidlərə kəskin reaksiya verib.

C.Şıktaş məqaləsində Azərbaycandakı azadlıqlara toxunaraq bildirib:

"Azərbaycanda qadına tanınan azadlıqlar və verilən hüquqlar sanki bizim ölkəmizdə varmış kimi gedib oradakı hicab məsələsini müzakirə edirik. Bu, dünənə qədər bizim siyasi alətimiz deyildimi? Yaşananları nə tez unutdunuz! Allah türban deyə bir əmr vermədi; hicab, ədəb və əxlaq əmri verdi. İnancından ötrü başını örtən bir qadına yerlə-göy qədər hörmət edərəm. Amma hicab siyasəti yürüdənlərə hörmət etmək məcburiyyətində deyiləm. Bir tərəfdən hicab siyasəti aparıb, digər tərəfdən Allahın əmrlərinə zidd hər cür əməl törədənlər mənə hicab siyasətindən dəm vurmasınlar".

Baş redaktor Türkiyədəki daxili problemlərə də diqqət çəkib:

"Ölkəmizdə "imanlı nəsil" deyərək yola çıxdılar. Gənclərin halı göz qabağındadır! Narkomaniya və fahişəlik baş alıb gedir. Ölkədəki narkotik satanların hamısı tutulsa, onları salmağa həbsxana tapılmaz. Düşünün, istifadəçilərin sayı nə qədərdir! Başqa şəhərləri kənara qoyaq, küçədə gəzən gənc qızların geyimi sizi heç narahat etmir? Yəni nəslimizin hara doğru getdiyinə baxmayıb, məktəbə gedərkən başlarının bağlı olmasını ölümünə müdafiə etmək doğru yanaşma deyil. Ayrıca, ölkəmizdə işsizlik problemini həll etdik, hicablı bacılarımızın hamısını işlə təmin etdik, iqtisadiyyatımızı düzəltdik, bir tək Azərbaycandakı başörtüyü problemi qaldı?"

Publisist Azərbaycan-İsrail ticarət münasibətləri ətrafında edilən spekulasiyalara da cavab verib:

"Azərbaycan İsrailə qaz verir, neft verir. Bəli, verir, doğrudur. Yaxşı, bu qaz və neft haradan gedir? Kosmosdanmı gedir? Türkiyə üzərindən gedir və Türkiyə bu kəmərlərdən pay alır. Türkiyə ilə İsrail arasındakı illik idxal və ixracın həcmindən xəbəriniz var? Bizim etdiyimiz ticarətdən kimə nə? Türkiyə İsrailə söz atır, İsrail də Türkiyəyə söz atır. Madam ki, araları çox gərgindir, o zaman ticarəti kəssinlər! Niyə kəsmirlər? Üstəlik, ticarəti hər keçən gün artırırlar. Dövlətlərin öz maraqları var. Savaşmadıqları müddətcə ticarət edərlər. Biz emosional baxıb reaksiya verə bilərik, amma dövlətlər emosional baxa bilməz".

Cabbar Şıktaş Azərbaycana dil uzadanlara sərt xəbərdarlıq edərək digər ölkələrdəki susqunluğu qınayıb:

"Həm də siz kimsiniz ki, Azərbaycana bunları demək haqqını özünüzdə görürsünüz? Birinə bir söz demək istəyirsiniz? Suriyanın başına gətirilən Colaniyə Qolan təpələrini niyə İsrailə hədiyyə etdiyinin hesabını sorun! Körfəz və ərəb ölkələrinə milyardlarla dollarınızı niyə ABŞ və İsrailə verdiyinizi, Fələstin və Qəzzanın dağıdılmasına nə üçün şərait yaratdığınızı soruşun! İranın İsrailə atdığı raketləri havada vurmağa çalışan sözdə müsəlman ölkələrinə cavab verin! Qəzza ilə sərhədi olan Misirin niyə gömrük qapısını açmadığını, nə üçün yalnız dərman göndərilməsinə belə icazə vermədiyini Sisidən soruşun! Xeyirdir, niyə soruşmursunuz?"

Sonda təcrübəli qəzetçi iki qardaş ölkə arasındakı sarsılmaz bağlara toxunub:

"Azərbaycan dünyəvi ölkədir. Öz qanunları və qaydaları var. Onların daxili işlərinə qarışmaq bizə düşməz. Kimlərinsə qərəzli və məqsədli şəkildə davamlı olaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışması əbəs cəhddir. Bu bağ bu gün qurulmadı ki, iki nəfərin sözü ilə bir anda qopsun! Bu bağ tarixi dərinliyi olan, keçmişi 1900-cü illərə dayanan və Atatürklə taclanan bir bağdır.

Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözü ilə taclanan bu bağ, Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı ilə möhkəmlənib. İndi trol qruplarının aldıqları əmrlə davamlı təhqir dolu paylaşımlar etməsi əxlaqsızlıqdır. Yaşananların təxribat olduğu, şüurlu və məqsədli yanaşma nümayış etdirildiyi göz qabağındadır. Hər kəs ağlını başına toplamalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Dərmanları bu iki yerdə saxlamayın!

Dərmanları bu iki yerdə saxlamayın!

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

Yumurtanı rahat soymağın sirri

Yumurtanı rahat soymağın sirri

U -23 millimiz qələbə qazandı

U -23 millimiz qələbə qazandı

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

Xüsusi səfir təyin edildi

Xüsusi səfir təyin edildi

Qusarda çaqqal sakinlərə xəsarət yetirdi

Qusarda çaqqal sakinlərə xəsarət yetirdi

End of content

No more pages to load

RADİO