Qusar rayonunda vəhşi heyvanın kənd sakinlərinə hücum etməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun İmamqulu kəndində qeydə alınıb.
Kəndin ərazisində çaqqal 3 nəfər sakinə (ikisi qadın, biri kişi) hücum edib, nəticədə onlar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara quduzluq əleyhinə vaksin vurularaq müvafiq müalicə təyin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu