Almaniyanın Federal Kansleri Fridrix Merts ABŞ administrasiyasının Rusiya dövlət aktivlərinin bir hissəsindən məhdudiyyətlərin qaldırılması təklifini qəti şəkildə rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın n-tv telekanalı yayıb.
Merts bəyan edib ki, Avropa yurisdiksiyasında olan vəsaitlərin taleyi heç bir xarici təzyiqdən asılı deyil:
"Söhbət Avropada dondurulmuş aktivlərdən gedir və onlar Avropada dondurulmuş halda qalmalıdırlar. Bu, bizim işimizdir və qərarı biz veririk", — deyə Almaniya kansleri vurğulayıb.
Xatırladaq ki, Financial Times qəzeti yazmışdı ki, Donald Trampın komandası dalana dirənmiş sülh prosesini hərəkətə gətirmək məqsədilə dondurulmuş Rusiya ehtiyatlarının bir hissəsindən məhdudiyyətlərin qaldırılmasını, o cümlədən onların Vaşinqtonun nəzarəti altında olan struktura verilməsini müzakirə edib.
Bizim.Media