Arxeoloqlar Misirin İskəndəriyyə şəhəri sahillərində antik dünyanın yeddi möcüzəsindən biri olan və İskəndəriyyə mayakının təsviri həkk olunan tunc üzük aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Science-et-vie” nəşri yazıb.
Mənbə qeyd edir ki, nadir tapıntı İskəndəriyyənin Böyük Limanında su altında qalmış Antirodos adasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.
Misir hakimiyyət orqanları bildirib ki, bu, İskəndəriyyə mayakının üzük üzərində təsvir edildiyi ilk hadisədir.
Belə ki, üzüyün üzərində Bizans və Roma dövrünün II əsr sikkələrindəki təsvirlərə bənzər çoxmərtəbəli qüllə həkk olunub.
İndiyədək mayakın xarici görünüşü haqqında məlumatlar yalnız antik müəlliflərin yazılı mənbələrinə və sikkələrdəki təsvirlərə əsaslanırdı. Bu üzük həmin mayakın dəqiq formasını anlamağa kömək edəcək.

Bizim.Media