İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip Orta Məktəbində baş verən bıçaqlı hücumda yaralanan şagirdlərdən biri xəstəxanada həyatını itirib.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində ümumilikdə 8 şagird yaralanıb.
Hücumu törədən şəxsin Küçükçekmecədəki liseylərdən birində 10-cu sinifdə oxuyan F.M. adlı şagird olduğu müəyyənləşdirilib və o, saxlanılıb.
Səhiyyə naziri Kemal Memişoğlu əvvəlcə yaralılardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirmişdi. Hadisə ilə bağlı istintaq başlanıb, məktəbdə tədrisə iki gün ara verilib.

Bizim.Media