Oktyabrın 7-də Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bizim.Media