Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Vahdettin iqamətgahında Liberiya Prezidenti Cozef Nyuma Boakai ilə görüş keçirib.
Bizim.Media bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
Məlumata görə, rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları təkbətək görüşə başlayıblar.
Görüşdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Bizim.Media