Bu gün Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib ki, ölkə prezident Rəcəb Tayyib Ərdoğanın İrana səfəri İslam Respublikasında vəziyyət normallaşdıqdan sonra baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Yılmaz Tehranda jurnalistlərə açıqlamasında deyib ki, İran prezidenti Məsud Pezeşkian bugünkü görüş zamanı Ərdoğanı bir neçə dəfə İrana rəsmi səfərə dəvət edib. Onun sözlərinə görə, səfərin İran daxilində vəziyyət sabitləşdikdən sonra həyata keçirilməsi planlaşdırılır.
Türkiyənin vitse-prezidenti əlavə edib ki, Ankara İranla münasibətlərin inkişafına böyük önəm verir və vəziyyət normallaşdıqdan sonra iki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoqun davam etdiriləcəyinə ümid edir.
Bizim.Media