Türkiyə də qapılarını erməni məhsullarına açır: Qarsda ilk görüş

Türkiyənin Qars şəhərində ötən gün Türkiyə və Ermənistan iş adamlarının ilk geniş tərkibli görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Qars Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə B2B (biznesdən biznesə) formatında baş tutan görüşdə hər iki ölkədən çoxlu sayda iş adamı və investor iştirak edib.

Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) dəstəklədiyi bu görüşdə tərəflər nəqliyyat, logistika, turizm və iki ölkə arasında birbaşa ticarət sahəsində yeni imkanları müzakirə ediblər.

Xatırladaq ki, görüşün keçirildiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rəsmi məlumata görə, tərəflər münasibətlərin normallaşması prosesini və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistanla normallaşma prosesinin iki ölkə arasında birbaşa ticarət əlaqələrinin qurulması müstəvisində davam etdiyini bildirib.

Qeyd edildiyi kimi, son günlər Türkiyə hökuməti Ermənistanla birbaşa ticarət əməliyyatlarının aparılmasını qanuniləşdirib. Bunun ardınca Ermənistanın Axalkalaki–Qars dəmir yolundan istifadə etməsi barədə razılıq əldə olunub ki, bu da Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsi yaradır.

Beləliklə, ölkələr arasında sərhədlər hələ də bağlı qalsa da, nəzəri olaraq erməni mallarının Gürcüstan vasitəsilə həm avtomobil, həm də dəmir yolu ilə Türkiyə bazarına çıxarılması imkanı yaranıb.

Görüşdə çıxış edən Türkiyə biznes ictimaiyyətinin nümayəndələri turizm, ticarət və digər sahələrdə ikitərəfli əlaqələrin qurulmasının vacibliyini, eləcə də quru sərhədinin tezliklə açılmasının zəruriliyini vurğulayıblar.

Ermənistan xarici işlər nazirinin müşaviri Hayk Darbinyan bu görüşün iki ölkə arasında normallaşma prosesinin irəliləməsinin nəticəsi olduğunu qeyd edib:

"Türkiyə ilə Ermənistan arasında artıq dəmir yolu əlaqəsi qurulub, qatarlarla yük daşınması imkanı yaranıb. Bu, həm də Ermənistanın Avropa ilə ticarət əlaqələrinin qurulmasına yol açır", — deyə erməni diplomat bildirib.

Türkiyə XİN-in baş direktor müavini Ayşə Uzər isə dörd il yarmdır davam edən normallaşma prosesində 2026-cı ilin "böyük dönüş mərhələsi" olduğunu diqqətə çatdırıb:

"Bu gün biz Türkiyə-Ermənistan münasibətlərində tarixi hadisənin şahidiyik. İki ölkənin tarixində ilk dəfədir ki, işgüzar dairələrin nümayəndələri belə bir səviyyədə görüşürlər. Dörd il yarım ərzində biz çox ciddi yol qət etmişik və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışıq".

Nəzərə almaq lazımdır ki, Türkiyə tərəfi Ermənistanla sərhədin açılmasının yalnız Ermənistan və Azərbaycan arasında yekun sülh sazişi imzalandıqdan dərhal sonra baş verəcəyini dəfələrlə bəyan edib. Ankara və İrəvan arasında normallaşma prosesi Bakı ilə koordinasiyalı şəkildə aparılır.

Baxmayaraq ki, Türkiyənin diplomatik və işgüzar dairələrində prosesin sürətləndirilməsini və sülh müqaviləsini gözləmədən sərhədin açılmasını müdafiə edən qüvvələr də var.

Məlum olduğu kimi, sülh sazişinin imzalanması Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsindən — Əsas Qanundan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından asılıdır.

Bu, Azərbaycanın qəti tələbidir və Ermənistan hakimiyyəti bunu yerinə yetirməyə hazır olduğunu nümayiş etdirir. Paşinyanın komandası Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın yer almadığı yeni Konstitusiya layihəsi üzərində işləyir.

Əgər Paşinyanın partiyası seçkilərdə qalib gəlsə (son rəy sorğularına görə, buna şübhə yoxdur), yaxın aylarda yeni Konstitusiya layihəsi referendumuna çıxarıla bilər. Bu isə o deməkdir ki, Paşinyanın hakimiyyətdə qalması regionda yekun sülhün əldə olunmasına şərait yaradacaq, həmçinin Ermənistanla sərhədin açılması sayəsində Türkiyənin Cənubi Qafqazdakı mövqelərini gücləndirəcək.

Rusiya bu perspektivləri nəzərə alır və buna görə də əlindəki bütün rıçaqlardan istifadə edərək Ermənistandakı seçkilərin nəticələrinə təsir göstərməyə çalışır.

ABŞ-nin "Stratfor" analitik mərkəzinin qiymətləndirməsinə görə, Ermənistan-Türkiyə münasibətlərindəki yumşalma Türkiyənin regional təsirini artıra və eyni zamanda Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər. Lakin bu proses Moskvanın təsir imkanları ilə məhdudlaşacaq.

Analitiklərin fikrincə, xüsusilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra İrəvan və Ankara uzunmüddətli gərginlikdən sonra münasibətləri normallaşdırmağa cəhd edirlər. Eyni zamanda İrəvan Rusiyadan daha çox müstəqilliyə və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələr qurmağa can atır.

"Stratfor" qeyd edir ki, Ermənistan və Türkiyənin yaxınlaşması Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional "mərkəzi oyunçu" kimi mövqeyini gücləndirə bilər, həmçinin İranın regiondakı təsirini qismən zəiflədər. Ermənistan üçün isə bu, ticarət marşrutlarının genişlənməsi, Qərb bazarlarına çıxış və xarici iqtisadi əlaqələrin şaxələndirilməsi demək ola bilər.

Bununla belə, vurğulanır ki, Rusiyanın hər iki ölkə ilə münasibətləri yaxınlaşmanın dərinliyini məhdudlaşdıran əsas amil olaraq qalır.

Belə ki, Ermənistanın Türkiyə və Qərblə həddindən artıq yaxınlaşacağı təqdirdə, Moskvanın iqtisadi təzyiq rıçaqlarından istifadə edə biləcəyi ehtimal olunur. Ermənistan-Türkiyə sərhədinin mümkün açılmasının isə birbaşa Ermənistandakı daxili siyasi proseslərdən və qarşıdakı seçkilərin nəticələrindən asılı ola biləcəyi xüsusilə qeyd edilir. (Mənbə: Haqqin.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO