Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı yeni araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, qurumun məlumatına görə, siyasətçi aktivləri və gəlirləri barədə məcburi bəyannaməni müəyyən edilmiş müddətdə təqdim etməyib və bu, icraatın başlanmasına əsas olub.
Xatırladaq ki, 2025-ci ilin iyununda Karapetyan hakimiyyətin zorla ələ keçirilməsinə kütləvi çağırışlar ittihamı ilə Ermənistanda həbs edilmişdi. Sonradan məhkəmə qətimkan tədbirini dəyişdirib və hazırda o, ev həbsindədir.
Bizim.Media