Stavropolda ölü diriltmə TAMAŞASI – Rusiyanın köhnəlmiş GEOSİYASİ VƏRDİŞLƏRİ – VİDEO

Böyük dövlətlərin xarici siyasətində bəzən elə addımlara rast gəlinir ki, onlar nə geosiyasi reallıqla, nə də rəsmi bəyanatlarla üst-üstə düşür. Bu cür addımlar adətən keçmişin stereotiplərindən xilas ola bilməyən, regional və qlobal dəyişiklikləri qəbul etmək istəməyənlərin təxribatçı cəhdləri ilə özünü göstərir.

Bu günlərdə Rusiyanın Stavropol vilayətində “Biz və dağlarımız” abidəsinin surətinin quraşdırılması məhz belə bir ziyanlı fəaliyyətin bariz nümunəsidir. İlk baxışdan sıradan bir etnik-mədəni təşəbbüs kimi qələmə verilməyə çalışılan bu hadisə, əslində pərdəarxasında tamamilə fərqli və təhlükəli siyasi məna daşıyır.

Yeni regional gündəlik və keçmişdə qalan miflər

Cənubi Qafqazda regional gündəlik artıq kökündən dəyişib. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar və sülh sazişinin paraflanmasından sonra tərəflər sülh prosesi istiqamətdə ardıcıl addımlar atırlar.
 

Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və yekun sülh müqaviləsinin imzalanması istiqamətində tədbirlər davam etdirilir. Artıq regionda yeni və dayanıqlı bir sülh arxitekturası qurulur.


Lakin görünən odur ki, bu müsbət dinamikanı və yeni reallığı anlamaq istəməyən, yaxud bilərəkdən prosesi baltalamağa çalışan xarici qüvvələr hələ də mövcuddur.

Belə ki, Rusiyada bəzi siyasi dairələrin, xüsusilə regional idarəetmə orqanlarının və ideoloji mərkəzlərin bir hissəsi regional proseslərə 30 il geridən baxırlar. Onların atdığı addımlardan elə bir təəssürat yaranır ki, sanki regionda hələ də işğal dövrü davam edir, Azərbaycan isə 1990-cı illərin əvvəlindəki kimi zəif, daxili xaos içində boğulan bir dövlətdir. Bu cür siyasi miopiya, bölgədəki güc balansını və Azərbaycanın bu gün malik olduğu qlobal mütəşəkkilliyi düzgün qiymətləndirə bilməməyin yaratdığı kobud səhvdir.

Rəsmi bəyanatlar və təxribatçı addımlar arasındakı ziddiyyət

Rusiyanın daxilində bu cür qıcıqlandırıcı addımların konkret olaraq kimlər tərəfindən idarə edildiyi, hansı ermənipərəst lobbi qruplarının sifarişi ilə irəli sürüldüyü tam olaraq bəlli deyil. Lakin bir fakt dəqiq məlumdur: bu tip addımlar Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu qətiyyən artırmır, əksinə, Moskvanın regiondakı imicinə də ciddi zərbə vurur.

Eyni zamanda, Stavropolda separatizm təbliğatına həsr olunan kampaniya Rusiyanın Cənubi Qafqazda sülh və sabitliyə dəstək barədə ən ali səviyyədə verdiyi rəsmi bəyanatlarla daban-dabana ziddiyyət təşkil edir. Bir tərəfdən dövlətlərin ərazi bütövlüyünə hörmətdən danışıb, digər tərəfdən isə separatçı ünsürlərin təbliğatına şərait yaratmaq rəsmi Moskvanın regional siyasətinin səmimiliyini ciddi şəkildə sual altına qoyur.

Minsk Qrupundan Stavropola: dəyişməyən yanaşma

Əslində, Stavropolda baş verən hadisə Rusiyanın Qarabağ məsələsinə münasibətdə yeni xəttinin deyil, uzun illər davam edən siyasətinin növbəti təzahürüdür. Moskva 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, münaqişənin həlli istiqamətində deyil, status-kvonun qorunması üçün çalışıb. Azərbaycanın ərazilərinin işğal altında qalması beynəlxalq hüquqa zidd olsa da, həmsədr dövlətlər, o cümlədən Rusiya, işğalçıya qarşı təsirli təzyiq mexanizmlərini işə salmadılar.
 

Xüsusilə Rusiya üçün Qarabağ münaqişəsi regiona təsir vasitəsi rolunu oynayırdı. 2020-ci ildən sonra yaranan yeni reallıqlar və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi isə bu siyasətin əsas dayaqlarını sıradan çıxardı.


Məhz bu baxımdan Stavropolda separatçı simvolların təbliğinə şərait yaradılması təsadüfi hadisə deyil. Bu, Rusiyadakı bəzi siyasi dairələrinin hələ də regionun keçmiş günlərə qayıda biləcəyinə dair illüziyalarından qaynaqlanır. Halbuki artıq nə Qarabağ problemi mövcuddur, nə də separatçı layihənin dirçəldilməsi üçün hər hansı siyasi və ya hüquqi bəhanə var.

Rusiyanın “unutduğu” daxili problemləri

Bu gün Rusiya Federasiyası öz daxilində kifayət qədər ciddi və dərindən hiss olunan sosial-iqtisadi, eləcə də demoqrafik çağırışlarla üz-üzə qalıb. Ukrayna savaşında itkilər gün keçdikcə daha da artır. Digər tərəfdən bu savaş Rusiyanın böyük sanksiyalara məruz qalmasına səbəb olub. Bütün bunlara paralel olaraq, Ukraynanın ardıcıl zərbələri fonunda Rusiyada enerji sektorunda ciddi problemlər müşahidə olunur.  
 

Ən diqqətçəkən məqamlardan biri isə müharibənin ön cəbhəsinə daha çox etnik azlıqların nümayəndələrinin göndərilməsidir. Milli zəmində bu cür ayrıseçkilik isə onsuz da mövcud olan etnik problemlərin, narazılıqların daha da böyüməsinə səbəb olub.


Bu cür situasiyada daxili sabitliyin, demoqrafik balansın qorunması bu gün Kreml üçün ən vacib prioritetlərdən biri olmalıdır. Ancaq Rusiyanın öz problemlərini nizamlamaq, azsaylı xalqlarının hüquq və gələcəyini düşünmək yerinə, Qafqazda birdəfəlik dəfn olunmuş "Artsax" adında bir ölünü diriltməyə çalışması tamamilə absurd görünür.

Miflərin sonu, reallığın təcəssümü

Artıq bütün dünya qəbul edib ki, Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları çərçivəsində birdəfəlik və geri dönməz şəkildə həll olunub. Bölgədə Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli, prinsipial və uzaqgörən siyasət nəticəsində tamamilə yeni bir sülh gündəliyi formalaşıb. Bu gündəlik regionda təhlükəsizlik, sabitlik, iqtisadi əməkdaşlıq və regional kommunikasiyaların açılması kimi faktorlara əsaslanır.

Mövcud reallıqlar fonunda, Stavropolda və ya hər hansı digər bir məkanda ucaldılan oyuncaq abidə surətləri Azərbaycanın tarixi Zəfərini və yaratdığı yeni geosiyasi status-kvonu dəyişmək gücündə deyil. Keçmişin xəyalları ilə yaşayan təxribatçı dairələr anlamalıdırlar ki, ölünü diriltmək cəhdi əbəsdir. Cənubi Qafqazın gələcəyi separatizm miflərində deyil, Azərbaycanın diktə etdiyi real sülh, sabitlik və əməkdaşlıq mühitindədir.



Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO