İran İsrail sakinlərini, əgər SAXAL (İsrail Müdafiə Ordusu) Beyruta zərbə endirərsə, ölkənin şimalını tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, "IRIB" agentliyi İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının yaydığı bəyanata istinadla məlumat yayıb.
"Netanyahu regiondakı bəd əməllərini davam etdirərək Dahiya rayonunu və Beyrutu bombalamaqla hədələyib və oradakı sakinlərə təxliyə xəbərdarlığı edib.
Sionist rejimin atəşkəs rejimini dəfələrlə pozmasını nəzərə alaraq, bu təhdid reallaşacağı təqdirdə, işğal olunmuş ərazilərdəki şimal bölgələrinin və hərbi məskunlaşma yerlərinin sakinlərinə xəbərdarlıq edirik: əgər zərər çəkmək istəmirlərsə, bu əraziləri tərk etməlidirlər”, - qərargahın xəbərdarlığında qeyd olunub.
Bizim.Media