İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli, qətərli və fransalı həmkarları - Fidan, əl-Tani və Barro ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Bizim.Media xəbər verir ki, danışıqlar zamanı Livandakı mövcud vəziyyətin gərginləşməsi müzakirə olunub.
İranlı nazir həmsöhbətlərinin diqqətinə İslam Respublikasının mövqeyini çatdırıb ki, bura əsasən Tehran və Vaşinqton arasında atəşkəslə bağlı qüvvədə olan razılaşmalar qeyd-şərtsiz olaraq bütün regional cəbhələrə, o cümlədən Livan cəbhəsinə də şamil edilir.
Bizim.Media