İranlı hakerlər ABŞ-ın yanacaqdoldurma məntəqələrindəki yanacaq monitorinqi sistemlərini “sındırıblar”.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, cinayətkarlar olduqca bəsit bir boşluqdan — şifrələrin olmamasından istifadə ediblər.
Onlar sensorların (ötürücülərin) göstəricilərini dəyişdirsələr də, yanacağın real səviyyəsinə təsir göstərmək imkanına malik olmayıblar.
Bizim.Media