Türkiyənin Van şəhərində yaşayan Necmettin Direk çətin relyef şəraitində yerləşən bağ sahəsinə rahat getmək üçün maraqlı üsula əl atıb.
O, evlə bağ arasında öz imkanları hesabına kanat yolu sistemi quraraq 40 dəqiqəlik yolu cəmi 40 saniyəyə endirib.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, təpəlik ərazidə yerləşən və yüzlərlə ağacın olduğu bağa qalxmaq illərlə ailə üçün ciddi problem yaradıb.
Necmettin Direk isə bu çətinliyi aradan qaldırmaq üçün Qara dəniz bölgəsində istifadə olunan kanat yolu sistemlərindən ilham alıb.
Qurduğu sistem sayəsində həm özü, həm də ailə üzvləri bağa daha rahat şəkildə gedib-gələ bilir. İlk vaxtlar bu ideyaya görə ona "Dəli olmusan?" deyənlər də olub.
Yerli sakinlərinin marağına səbəb olan qeyri-adi sistem sosial mediada da geniş müzakirə olunur. (sonxeber.az)

Bizim.Media