Bəndər-Abbas limanındakı partlayışlar hava hücumundan müdafiə sistemlərinin işi ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Bəzi mənbələr Bəndər-Abbasda eşidilən bir neçə partlayış səsini hava hücumundan müdafiə (HHM) sistemlərinin kiçik ölçülü iki pilotsuz uçuş aparatına qarşı fəaliyyəti ilə əlaqələndirirlər.
Həmçinin bir sıra mənbələr Keşm adasının BƏƏ-nın qırıcları tərəfindən bombalandığını bildirir. Bununla belə, agentlik qeyd edir ki, hələlik məlumat rəsmən təsdiqlənməyib.
Hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.
Bizim.Media