İranın “Hizbullah” təşkilatının baş katibi və “Hizbullah” qəzetinin baş redaktoru Məhəmməd Baqir Xərrazi “X” hesabında paylaşım edərək, İranın xarici işlər naziri Abbas Əraqçıya qarşı ağır ittihamlar səsləndirib.
Bizim.Media xəbər verir ki, Xərrazi iddia edib ki, Əraqçı mərhum ali lider Əli Xameneiyə qarşı mümkün sui-qəsd planında rol oynaya bilər.
Onun sözlərinə görə, Əraqçının bir yüksək səviyyəli görüşdən sonra İran liderinin iqamətgahının “hədəfə çevrilməsi” təsadüf ola bilməz.
Xərrazi hazırkı diplomatik danışıqlara da toxunub:
“Əgər hazırkı danışıqlar JCPOA kimi bir öhdəliyə çevrilərsə, küçə etirazları yaratmaqdan və Xarici İşlər Nazirliyini və Pezeşkian administrasiyasını məhv etməkdən bir an belə çəkinməyəcəyik”. (Iran Wire)
Bizim.Media