Dünyanın ikinci ən böyük pivə şirkətlərindən biri olan Niderland mənşəli “Heineken” bir neçə il əvvəl İran bazarına daxil olmağa cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avstriyanın “Standard” qəzeti yazıb.
Bu prosesdə İran Ali Milli Təhlükəsizlik Şurasının mərhum katibi Əli Laricaninin ailəsi ilə əlaqəli şəxslər rol oynayıb.
Bildirilir ki, Laricaninin qardaşı oğlu Məhəmməd Mohəqqeq Damad Heineken və İran şirkəti arasında birgə layihədə əsas məsləhətçi kimi çıxış edib və brendin İran bazarına daxil olması üçün yol açmağa çalışıb.
Qeyd olunur ki, bu məlumatlar İranda son 40 ildə spirtli içkilərin istehsalı, satışı və istifadəsinin qadağan edildiyi, bu qaydanı pozanlara qarşı sərt cəzaların tətbiq olunduğu bir dövrdə gündəmə gətirilib. (Iran Wire)
Bizim.Media