Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusla bağlı səsləndirdiyi fikirlərə görə üzr istəmək niyyətində olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında əvvəlki mövqeyindən geri çəkilməyib.
“Mən nəyə görə təəssüflənməliyəm, başa düşmürəm. Ermənistan quberniya olmayacaq, Ermənistan siyasi asılılıqda olmayacaq. Ermənistan öz suverenliyinin səviyyəsini yüksəldəcək və Belarus nümunəsi mənim ölkəm üçün qəbuledilməzdir”, - deyə o bildirib.
Simonyan hesab edir ki, Belarusla bağlı mövzu bir qədər şişirdilib:
“Düşünürəm ki, Belarusla bağlı bu mövzu bir az şişirdilib və onu daha çox siz şişirdirsiniz”.
Ermənistan parlamentinin sədrinin sözlərinə görə, hər bir ölkə siyasi kursunu müstəqil şəkildə seçir.
Simonyan həmçinin Belarus rəhbərliyini tənqid edərək “çoxlu kartof yetişdirmək prosesi barədə düşünməyi” tövsiyə edib.
Bizim.Media