Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Ağır yaralanan Aydın Çavuşoğlu xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Anadolu Xəstəxanasından verilən məlumata görə, Çavuşoğlunun vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.



Bizim.Media