Mayın 5-də Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarqsyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.
"Ermənistan tərəfinin son dövrlərdəki qeyri-dost addımları ilə bağlı erməni diplomata qəti etiraz bildirilib və müvafiq nota təqdim olunub", — deyə Belarus XİN-in məlumatında qeyd edilir.
Bizim.Media