Avropa liderlərinin Ermənistana səfəri və İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti fonunda paytaxtda silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Shamshyan.com saytı məlumat yayıb.
Hadisə saat 13:30 radələrində İrəvanda, Baqratunyats küçəsi 13 ünvanında qeydə alınıb.
Ermənistan Daxili İşlər Nazirliyinə həmin ünvanda atəş səslərinin eşidilməsi və yaralının olması barədə operativ məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə çatmamış güllə yarası alan şəxs xəstəxanaya aparılıb. Daha sonra onun özünə gəlmədən öldüyü məlum olub.
Faktla bağlı Şenqavit istintaq şöbəsində “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır, ölən və atəş açan şəxslərin kimliyi müəyyənləşdirilir. Cinayəti törədən şəxsin və silahın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Hadisə yerində qana bənzər izlər, siqaretlər və digər əşyalar aşkarlanıb.
Əraziyə toplaşan sakinlərin sözlərinə görə, ölən şəxs təxminən 40 yaşında olub və adı Artemdir.
Bizim.Media