İran prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Pezeşkian SEPAH-ın addımlarını “tamamilə məsuliyyətsiz” adlandırıb və hücumların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib. O, bölgədə gərginliyin artmasının “geri dönməz nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Telekanalın yazdığına görə, vəziyyətin daha da pisləşməsi və ikinci müharibə riskinin artması fonunda Pezeşkian SEPAH-ın Fars körfəzi ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq məqsədi ilə ali rəhbər Müctəba Xameneyi ilə təcili görüş istədiyini bildirib.
Pezeşkian mümkün beynəlxalq reaksiyadan ciddi narahatdır və İranın yeni genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcəyini düşünür.
Bizim.Media