Putin Böyük Vətən Müharibəsində Qələbə bayramı münasibətilə Xüsusi Hərbi Əməliyyat zonasında atəşkəs elan etdi. Sovet xalqının Böyük Vətən Müharibəsində qazandığı Qələbə bayramı şərəfinə Ukraynadakı döyüş bölgəsində atəşkəs elan edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Maks" messencerində məlumat yayıb.
Qeyd olunub ki, qərar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təklifinə uyğun olaraq qəbul edilib.
Məlumatda deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.V. Putinin qərarına uyğun olaraq, 8-9 may 2026-cı il tarixlərində Sovet xalqının Böyük Vətən Müharibəsində qazandığı Qələbə şərəfinə atəşkəs elan edilir".
Moskva Kiyevin də Rusiya hakimiyyətinin nümunəsini izləyəcəyinə ümid etdiyini bildirib.
Bizim.Media