İranda polis Tehranda “casus mərkəzi” aşkarlandığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Tehran polisinin açıqlamasına görə, paytaxt rayonlarından birində yerləşən mənzildə “Starlink” peyk rabitəsi avadanlığı aşkarlanıb.
İran hüquq-mühafizə orqanları iddia edirlər ki, həmin avadanlıq “xaricdəki kəşfiyyat xidmətlərinə və müxalifət şəbəkələrinə məlumat və xəbərlər ötürmək” üçün istifadə olunub.
Polisin mətbuat xidmətindən vətəndaşlara müraciət edilərək şübhəli fəaliyyətlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunub.
Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.
Bizim.Media