Handala haker qrupu Fars körfəzində yerləşən on minlərlə ABŞ dəniz piyadasının şəxsi məlumatlarını əldə edərək ifşa etdiyini açıqlayıb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
Hakerlər açıqlamalarında ABŞ dəniz piyadalarına "WhatsApp" mesajı göndərdiklərini iddia edərək, "Şəxsiyyətlərinin gizli olduğunu düşünənlər yenidən düşünsünlər" xəbərdarlığını ediblər.
Qruplaşma iddia edib ki, artıq əməliyyat bazalarında xidmət edənlər, istirahət tədbirlərində iştirak edənlər və ya xidmətdən kənar patrul vəzifələrində olanlar da daxil olmaqla, hərbçilərin şəxsiyyəti üzərində tam nəzarətə malikdir.
Hakerlər dəniz piyadalarına "dərhal ailələri ilə əlaqə saxlamağı və vidalaşmağı" məsləhət görüblər.
Bizim.Media