Koçaryanın MANDAT QORXUSU – Həbsdən qaça biləcəkmi? 

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyun ayında baş tutan seçkilərdən sonra növbəti dəfə gündəmə gəlib. Eks-prezident bu dəfə deputat mandatından imtina etdiyi ilə bağlı açıqlama verib. Açıqlamasında vaxtilə Ermənistanın baş naziri və prezidenti olduğunu vurğulayan Koçaryan, hazırda özünü deputat kimi təsəvvür etmədiyini qeyd edib.

Koçaryan eyni zamanda mandatını “Ermənistan” blokundan olan başqa namizədə verəcəyini də əlavə edib.

Koçaryanla yanaşı Ermənistan parlamentində mandatdan imtina edən şəxslərin sayı 18-ə yüksəlib. Bu sayın əksər hissəsi iyun seçkilərində qalıb gələn və baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” blokunun üzvləridir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın mandatdan imtina etməsinin VACİB SƏBƏBLƏRİ  


Məlumatlara görə, “Vətəndaş müqaviləsi” blokundan baş nazir Nikol Paşinyan və parlamentin spikeri Ararat Mirzoyan başda olmaqla 16 nəfər mandatdan imtina edib. Ermənistan qanunvericiliyinə əsasən mandatdan imtina edən şəxslərin yerinə eyni blokdan olan digər namizədlərə şans veriləcək.

Həmin imtina edən şəxslər isə böyük ehtimalla icraedici hakimiyyətdə təmsil olunmağa hazırlaşırlar. Nazir, nazir müavinləri və qubernator postları onları gözləyir. 

Mandatdan imtina prosesində diqqət çəkən əsas amil isə məhz Robert Koçaryanla bağlıdır. Koçaryan hələ seçki kampaniyası dövründə ən pis halda Nikol Paşinyana qarşı parlamentdə mübarizə aparacağını qeyd etmişdi. Lakin seçkidən sonra keçmiş prezidentin bu cür addım atması bəzi maraqlı məqamlardan xəbər verir.
 

İlk məqam ondan ibarətdir ki, Koçaryan iyun seçkilərində Paşinyan üzərində qalib gələcəyinə inanırdı. Xüsusilə Paşinyanın müharibədə məğlub olmasının onun yenidən seçilmək şanslarını artıracağını düşünürdü.


Lakin seçkinin nəticələri Koçaryanın proqnozlarının doğru olmadığını və heç də Ermənistanda ciddi nüfuza malik olmadığını ortaya qoydu. Erməni xalqı məğlub olmasına rəğmən yenidən Paşinyana etimad göstərməklə Koçaryana bir daha şans vermək istəmədiyini bəyan etdi. Artıq Koçaryanın siyasi mövcudluğu sona çatıb və o özü də bunu yaxşı başa düşür.

İkinci məqam Koçaryanın özünü həddindən artıq yüksək qiymətləndirməsi ilə bağlıdır. Mövcud realığı qəbul etmək istəməyən Koçaryan hələ də özünün erməni cəmiyyətinə eks-prezident kimi təqdim etmək istəyir.

Önəmli dövlət vəzifələrini icra etdikdən sonra parlamentdəki adi deputat səviyyəsinə düşmək Koçaryanın özü haqqında uydurduğu bütün hekayələrin sonu olacaqdı. Koçaryan isə belə tez sıradan çıxmaq istəmir və gələcəkdə də öz prezidentlik dövrünü siyasi alətə çevirmək üçün deputat olmaqdan imtina etməyi seçib.
 

Üçüncü məqam Koçaryanın gələcəkdə onu gözləyən ssenaridən narahat olması ilə bağlıdır. Müharibəyə qədər Paşinyan hakimiyyəti tərəfindən bir sıra cinayətlərdə ittiham olunan Koçaryan həbsdən çətinliklə yaxa qurtara bilmişdi.


Koçaryan hər zaman yeni hökümətin hədəfində olacağını və hər an həbs olunmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığını yaxşı başa düşür. Müharibədən əvvəl Koçaryanı Rusiya müdafiə edirdi və buna əsas səbəb onun Ermənistan cəmiyyətində önəmli təsir gücünə malik olduğunun düşünülməsi idi. 

Ancaq son seçkidə Koçaryanın məğlub olması Ermənistandakı siyasi proseslərə təsir gücünün gözlənildiyi qədər olmadığı göstərdi. Bu güc hər kəcən gün daha da azalır və Koçaryan da bunun fərqindədir. Mandatdan imtina etməklə Koçaryan hələ də havadarlarının gözündə dəyərli olmağı hədəfləyir.

Çünki irəlidə real həbs təhlükəsi yarandığında kimlərinsə onu müdafiə etməsinə ehtiyac olacaq. Bir deputatdansa, eks-prezidentin müdafiə olunmaq şansları isə daha yüksəkdir.
 

Nəhayət dördüncü məqam isə Koçaryanın Ermənistanın yeni siyasi sistemini tam olaraq dərk etmədiyi ilə bağlıdır. O, hələ də öz prezidentliyi dövründəki oyuncaq parlamentin mövcud olduğunu düşünür və buna görə də, Ermənistan parlamentində təmil olunmağın əhəmiyyətini anlamır.


Ermənistanın parlamentli respublika olduğunu unudan Koçaryan təbii olaraq deputat mandatının da nə işə yaradığını və onun verdiyi üstünlükləri də qavramaq iqtidarında olmadığı aydın olur.

Koçaryanın parlamentdən kənarda hansı işlər görəcəyi isə indiki halda müəmmaldır. Lakin onun Paşinyan hökümətinin ən kiçik xətalarını belə gözdən qaçırmayacağı və Ermənistan cəmiyyətində inqilabi fəaliyyəti tətikləməyə çalışacağı gözlənilir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

İmişlidə "Mercedes" yandı - FOTO

İmişlidə "Mercedes" yandı - FOTO

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Üzərində Trampın şəkli olan pullar buraxıldı

Üzərində Trampın şəkli olan pullar buraxıldı

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Elvin Cəfərquliyev əməliyyat olundu

Elvin Cəfərquliyev əməliyyat olundu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

End of content

No more pages to load

RADİO