Mehriban Əliyeva: «Ermənistan kapitulyasiyasını etiraf etdi»

Mehriban Əliyeva: «Ermənistan kapitulyasiyasını etiraf etdi»
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib.

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Bu gün böyük gündür – Qələbə Günüdür!

Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu!

Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik!

Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq!

Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir.

Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib.

Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi.

Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!    

2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi.

Azərbaycanın mədəniyyət incisi - Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu.

Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!

Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir.

Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik!

Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi.

Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!

Əziz qardaşlar və bacılar!

Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu.

Amma bu, Azərbaycanın əzmini sındırmadı!

Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm!

Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı!

Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir!

Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik!

Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi.

Dünyadakı bütün dostlarımıza minnətdaram!

Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər.

Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm.

Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm.Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu.

Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar!

Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!

Əziz həmvətənlər!

Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək!

Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kilsəyə silahlı HÜCUM OLDU: Yeddi nəfər öldü

Kilsəyə silahlı HÜCUM OLDU: Yeddi nəfər öldü

Qara dənizdə vurulan gəmidən xilas edilən soydaşlarımızın FOTOSU

Qara dənizdə vurulan gəmidən xilas edilən soydaşlarımızın FOTOSU

Moldova rusiyalı diplomatı ölkədən çıxarır - SƏBƏB

Moldova rusiyalı diplomatı ölkədən çıxarır - SƏBƏB

Çörəyi soyuducuya qoymaq düzgün deyilmiş - Mütəxəssisdən XƏBƏRDARLIQ

Çörəyi soyuducuya qoymaq düzgün deyilmiş - Mütəxəssisdən XƏBƏRDARLIQ

Parisdə mağazalar etirazçılardan belə qorunur - VİDEO

Parisdə mağazalar etirazçılardan belə qorunur - VİDEO

Zelenski: “Üçtərəfli görüş noyabrın ilk yarısında keçirilə bilər”

Zelenski: “Üçtərəfli görüş noyabrın ilk yarısında keçirilə bilər”

Qitələrarası Kubokunun finalının tarixi və yeri AÇIQLANDI

Qitələrarası Kubokunun finalının tarixi və yeri AÇIQLANDI

Dövlət Baxçalı: “Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır” - FOTO

Dövlət Baxçalı: “Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır” - FOTO

BƏƏ-də çimərliklər bağlanır - VİDEO

BƏƏ-də çimərliklər bağlanır - VİDEO

Ramiz Əzizbəylinin həbsdə olan kürəkəni ilə bağlı qərar verildi

Ramiz Əzizbəylinin həbsdə olan kürəkəni ilə bağlı qərar verildi

Koçaryanın həbs müddəti UZADILDI

Koçaryanın həbs müddəti UZADILDI

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - VİDEO

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - VİDEO

Ronaldo 982-ci qolunu vurdu

Ronaldo 982-ci qolunu vurdu

Biləsuvarda ağacdan yıxılan 37 yaşlı kişi ağır xəsarət aldı

Biləsuvarda ağacdan yıxılan 37 yaşlı kişi ağır xəsarət aldı

ABŞ İtaliyadakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

ABŞ İtaliyadakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Çində NƏHƏNG İXTİRA: İnsanların görə bilmədiyi ağır işləri o edəcək - VİDEO

Çində NƏHƏNG İXTİRA: İnsanların görə bilmədiyi ağır işləri o edəcək - VİDEO

Fidan: “İrana hərbi müdaxilə problemi həll etməyəcək”

Fidan: “İrana hərbi müdaxilə problemi həll etməyəcək”

Göygöldə FACİƏ: Ustanın işlədiyi evdə meyiti tapıldı

Göygöldə FACİƏ: Ustanın işlədiyi evdə meyiti tapıldı

Türk İnvestisiya Fonduna sədrlik Azərbaycana HƏVALƏ EDİLDİ - FOTO

Türk İnvestisiya Fonduna sədrlik Azərbaycana HƏVALƏ EDİLDİ - FOTO

Ukrayna Rusiyanın Oryol şəhərinə raket zərbəsi ENDİRDİ- VİDEO

Ukrayna Rusiyanın Oryol şəhərinə raket zərbəsi ENDİRDİ- VİDEO

Üç boksçumuz Avropa çempionatının FİNALINDA

Üç boksçumuz Avropa çempionatının FİNALINDA

Meyvə və tərəvəzlər bu xəstəlikdə dərman müalicəsini ÜSTƏLƏDİ

Meyvə və tərəvəzlər bu xəstəlikdə dərman müalicəsini ÜSTƏLƏDİ

Rusiya atəşkəs tarixini iki gün qabağa çəkdi? - Oleşkidə “sükut rejimi” tətbiq ediləcək

Rusiya atəşkəs tarixini iki gün qabağa çəkdi? - Oleşkidə “sükut rejimi” tətbiq ediləcək

Xoşbəxtlik ÇOX YAXINDIR: Üç bürc üçün xüsusi hədiyyə hazırlanıb

Xoşbəxtlik ÇOX YAXINDIR: Üç bürc üçün xüsusi hədiyyə hazırlanıb

End of content

No more pages to load

RADİO