Tehran türk dövlətlərini bir-birinə bağlayacaq Zəngəzur dəhlizini niyə istəmir? - VİDEO

Naxçıvanlılar illərdir Azərbaycanın əsas hissəsinə Türkiyə və ya İran ərazisindən keçməklə gedib-gəlirlər. Birbaşa getmək üçün yeganə çıxış yolu Zəngəzur dəhlizidir. Paşinyan Naxçıvana yol verəcəklərini deyir, amma öz şərtləri ilə. Yəni bu yoldan gedəndə vətəndaşlarımız yoxlanışdan keçməlidir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin hazırladığı “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, yüklərə görə isə gömrük rüsumu ödənməlidir:

“Bakı deyir ki, Zəngəzur dəhlizinin xüsusi statusu olmalıdır. Çünki Naxçıvan Azərbaycanın anklavıdır. Biz xarici ölkəyə getmirik ki, sərhəd yoxlanışından keçək və ya rüsum ödəyək. Zəngəzur dəhlizi ilə bağlı başımızı ağrıdan digər ölkə İrandır. Soruşmaq olar ki, İrana nə düşüb? Yəqin ki, İrana Turan düşüb. Tehran türk dövlətlərini bir-birinə bağlayacaq Zəngəzur dəhlizini istəmir. Öz sərhədlərində türk iqtisadi məkanı onun kabusudur. 2 həftədir İranın Zəngəzur narahatlığı daha da artıb. İş o yerə çatıb ki, Tehran dostu Moskvanı gözümçıxdıya salıb. İran Ukrayna müharibəsində Rusiyanın ən böyük hərbi dəstəkçisidir.

Dünya hazırda İranın Rusiyaya ballistik raket satmasından danışır. Tehran və Moskva isə Zəngəzur dəhlizi məsələsində ortaq nəticəyə gələ bilmir.  Hər kəs İranla Rusiya arasında nə baş verdiyini anlamağa çalışır. Vəziyyətə fərqli baxışlar var. Bəziləri hesab edirlər ki, Tehran Ermənistana hökmranlıq uğunda mübarizə aparırır.

Bəziləri isə bunun arxasında başqa səbəblər axtarır. İranın islahatçı prezidenti Məsud Pezeşkian Qərblə münasibətləri düzəltmək istəyir. Rusiya üçün bu, qutuda ilan görmək deməkdir. İranda hesab edirlər ki, Rusiyanın Zəngəzur dəhlizi məsələsində fəallaşması məhz bununla bağlıdır. Kreml Pezeşkianın Qərblə yaxınlaşmaq planlarını pozmaq istəyir. İranda anti-Rusiya bəyanatları səsləndiyi halda, Rusiya olduqca sakit davranır. Tehran məsələni tez-tələsik danışıqlar masasına daşıdı. İran Ali Milli Təhlükəszilik Şurasının katibi Əli Əkbər Əhmədian bu həftə Moskvada idi. Əvvəlcə Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu ilə görüşdü. Görüşdən sonra Şoyqunun açıqlaması olduqca diqqət çəkirdi.  Rusiya İranla hansı razılaşmalara sadiqdir? Şoyqunun nədən bəhs etdiyi məlum deyil. Razılıq varsa, bu şou nə üçündür? Əli Əkbər Əhmədianı Putin də qəbul etdi. Tərəflərin Zəngəzur mövzusunda hansı qərara gəldikləri açıqlanmır. Amma Moskvanın Tehranın könlünü almağa çalışdığı aydındır. Səfərdən sonra İrandan da açıqlamalar gəldi. Tehran sakitləşməyib. Baş rolda yenə SEPAH-dır. Ənənəvi təhdidlərinə davam edir. Deyir ki, İranın dəhliz məsələsində mövqeyi dəyişməyib. Tehranın maraqlarına uyğun gəlməyən cəhdlər güclü müqavimətlə üzləşəcək”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Bu şəxslər maaşdan əlavə pul alacaq

Bu şəxslər maaşdan əlavə pul alacaq

Narkotik testinin nəticəsi məlum oldu

Narkotik testinin nəticəsi məlum oldu

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO