XİN-dən Ermənistana ÇAĞIRIŞ: Sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkin

Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.

"Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.

Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.

Kommunikasiyaların açılması məsələsində də Ermənistan Baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.
Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.

Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub.

Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq", - XİN sözçüsü bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Bu şəxslər maaşdan əlavə pul alacaq

Bu şəxslər maaşdan əlavə pul alacaq

Narkotik testinin nəticəsi məlum oldu

Narkotik testinin nəticəsi məlum oldu

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO