Qərb regionda münaqişə ocağı yaratmaq üçün ermənilərdən necə İSTİFADƏ EDİB? – TARİXİ FAKTLAR

Ötən əsrin sonlarında SSRİ-nin müxtəlif bölgələrində milli-azadlıq hərəkatları başladı. Bu hərakatla paralel etnik zəmində təxribatlara da rəvac verildi. Maraqlıdır ki, bu tip hadisələr əsasən SSRİ-nin sərhəd bölgələrində baş verirdi. Təbii ki, bu proseslər təsadüfi deyildi və vahid mərkəzdən idarə olunurdu.  

Bu mərkəz isə Qərb idi... 

Əzəli rəqiblərini-SSRİ-ni sıradan çıxarmaq istəyən ABŞ və Avropa dövlətləri bəzi ekstremist qüvvələrdən istifadə etdi. Ekstremist qüvvə deyəndə isə təbii ki, ilk yada düşən ermənilər olur. Çünki ermənilər tarix boyu fürsətçillikləri ilə seçiliblər. Tarixin istənilən gərgin dönəmində ermənilər həddən ziyadə aktivləşib, böyük güclərin dəstəyi ilə xəstə iddialarını reallaşdırmağa çalışıblar. 

Məsələn, Birinci Dünya Müharibəsindən sonra ermənilər qədim Azərbaycan torpaqlarında tarixdə ilk Ermənistan dövlətini yaratdılar. İkinci Dünya Müharibəsindən sonra isə 250 mindən artıq azərbaycanlının qədim Azərbaycan- indiki Ermənistan ərazisindən deportasiyasına nail oldular. 

SSRİ-də separatizmin alovlanmasında erməni faktoru

Nəhayət, ötən əsrin 80-ci illərinin sonundan başlayaraq ermənilər Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini bir qədər də böyütmək istədilər. Təbii ki, bu məsələdə ermənilərin ən böyük havadarı və himayədarı Qərb oldu. Qərb SSRİ-nin dağıdılması üçün etnik münaqişələrdən məharətlə istifadə etdi. 

Hətta Qərb ermənilərə o qədər meydan verdi ki, xəstə təxəyüllü ultramillətçilər “dənizdən-dənizə Böyük Ermənistan” eşqinə düşdülər. 

Qərb 90-cı illərdə ermənilərə böyük maddi və informasiya dəstəyi verirdi. O zamanlar Aqanbekyan, Balayan və digərləri üçün Qərbin istənilən populyar nəşrinə çıxış imkanı yaradılmışdı. Üstəlik, Melkonyan kimi bir sıra terrorçular da məhz Qərb ölkələri tərəfindən Qarabağa münaqişəni daha da qızışdırmaq üçün göndərilmişdilər. 

Amma Qərb ermənilərin böyük iddiasına “stop” qoydu. 

Çünki Qərbə zəif və dilənçi Ermənistan lazımdır. Qərb məhz bu cür Ermənistandan daha rahatlıqla istifadə edə bilir. Məsələn, ötən əsrdə Fransa erməniləri qızışdırırdı ki, türklərin onlara qarşı soyqırım törətməsini davamlı şəkildə irəli sürsünlər. O zaman da, bu zaman da Fransa hökuməti iddia edir ki, 1915-ci il hadisələri ilə bağlı onlarda tarixi sənədlər var. Baxmayaraq ki, Türkiyə və digər dövlətlər zaman-zaman Fransadan tələb edib ki, “tarixi faklar”ı ortaya qoysun, hamıya əlçatan etsin. 

Lakin rəsmi Paris hər dəfə müxtəlif bəhanələrlə bu haqlı tələblərin icrasından boyun qaçırıb. Çünki fransızlar yalan danışır. Onların əlində heç bir fakt yoxdur. Sadəcə erməniləri idarə etmək üçün bu cür yalan iddialardan istifadə edirlər. 

Tarix təkrar olunur

Qərb bu gün də Ermənistandan maşa kimi istifadə edir. Cənubi Qafqazda sabitliyi pozmaq və regional güc balansını öz xeyrinə dəyişmək üçün Qərb Ermənistandan istifadə edir. Bunun üçün də Ermənistana müxtəlif vədlər verir. Hətta onu da deyirlər ki, lazım gəlsə, NATO əsgərləri gəlib Ermənistanda ruslara və türklərə qarşı vuruşar.  

Bu Ermənistan dövlətinin maraqlarına cavab verməsə də Nikol Paşinyan iqtidarının işinə yarayır. Paşinyanın komandası bu yolla bir qədər də hakimiyyətdə qalmaq istəyir. Ona görə də bu gün Paşinyan məmnuniyyətlə Qərbin şərtlərinə boyun əyir. Baxmayaraq ki, Qərb bölgəyə müharibə, münaqişə gətirmək istəyir. 

Çünki Ukraynadakı uğursuzluğu unutdurmaq üçün Qərb yeni münaqişə ocağı yaratmaq fikrindədir. Regionda yeni münaqişə ocağı həm də Qərbin işinə ona görə yarayır ki, əsas hədəf Rusiyadır. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var. Qərb də çalışır ki, bu hərbi bazalar Ermənistandan çıxarılsın və onlar NATO bazaları ilə əvəz olunsun. 

Qərbin bu istəyi qansız-qadasız reallaşa bilməz. 

Bütün təhlillərin və paralellərin yekunu göstərir ki, Qərb Ermənistana gəlsə, anındaca qanlı müharibə başlayacaq. Amma Ermənistan siyasi hakimiyyəti bunun fərqindən olsa da başladıqları oyunu maksimum dərəcədə uzun müddətə davam etmək istəyir. Rəsmi İrəvan Moskvadan müəyyən umacaqları olduğu üçün Qərblə separat danışıq aparır. Paşinyanın Rusiyadan əsas istəyi onun siyasi hakimiyyətinin toxunulmazlığıdır. İkinci tələbsə Rusiyadan əvvəlki illərdəki iqtisadi yardımların bərpasıdır. 

Bunu Rusiya da bilir. Amma Rusiya hələki təmkin göstərir. Çünki Kreml Paşinyanla bazarlıq etmək fikrindən çox-çox uzaqdır. 

Lakin Moskvanın susqunluğu uzun müddətli olmayacaq. 

Bəzi ekspertlər yaxın zamanda Rusiyanın hərəkətə keçəcəyini deyir. Bu məsələdə isə hərəkətverici amil 5 aprel Brüssel görüşünün nəticələri ola bilər. Bu tarixdə Brüsseldə Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə və Aİ prezidenti ilə görüşəcək. Hətta görüşdən sonra hansısa paktın imzalanacağı deyilir. 

Əgər bu deyilənlər baş versə, onda aprelin 6-dan başlayaraq təkcə Ermənistanda yox, bütövlükdə Cənubi Qafqazda qorxunc hadisələr cərəyanı edəcək.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

End of content

No more pages to load

RADİO