“YAŞAT” Fondunun əməkdaşları 2 min 881 şəhid ailəsini ziyarət edib - Rəbiyyə Cəfərova

“YAŞAT” Fondu ölkə başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fond yaradılan gündən bir platforma - yashat.gov.az təsis olunub və “YAŞAT” Fondunun fəaliyyəti həmin platforma üzərindən həyata keçirilir.

Saytın “Müraciət et” bölməsinə Fərmanla “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər müraciət edə bilərlər. Fondun əhatə dairəsinə aid olan şəxslər şəhidlərin ailə üzvləri, müharibə zamanı xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərdir. Fondun fəaliyyəti çərçivəsində əsas məsələlərdən biri də şəffaflığın, operativliyin və hesabatlılığın təmin edilməsidir.

Fondun fəaliyyətini təşkil edən struktur vahidində çalışan əməkdaşlar şəhidlərin ailə üzvləri, eləcə də qazilərdən ibarətdir. Bu komanda ilə biz böyük işlər görürük.
 

MÖVZU İLƏ BAĞLI:

10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq


Bizim.Media xəbər verir ki, bunu xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

Onun sözlərinə görə, "YAŞAT" Fondu yaranan andan etibarən əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər:

“Bundan əlavə, sayt üzərindən 2 min 690 ağır yaralanmış qazimiz qeydiyyatdan keçib. Ümumilikdə Fondun əməkdaşları 14 mindən çox şəhid ailə üzvü və yaralı ilə görüşüb. Onların problemləri, ehtiyacları dinlənilib və qeydiyyata alınıb. Ümumi müraciətlərdən 5 min 685-i artıq öhdəliyə götürülüb.

Fondun dörd fəaliyyət istiqaməti var. Onlara məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi aiddir. Bu istiqamətlər üzrə 4 mindən çox insana dəstək göstərilib.

Bu platformanın yaradılma məqsədlərindən biri də hesabatlılığın və şəffaflığın təmin edilməsidir".

O bildirib ki, hazırda “YAŞAT” Fondunun prioritet məsələlərindən biri də ağır yaralanmış qazilərin öz sağlamlıqlarına qovuşmalarıdır:

“Bu sahədə də kifayət qədər böyük işlər görməyə çalışırıq. Belə ki, İsraildən dəvət olunmuş oftalmoloqlar tərəfindən 140-dan çox qazinin gözü müayinə olundu, əməliyyatlar aparıldı, bəzi qazilərin gözlərinə protezlər yerləşdirildi. İsrailli həkimlər ölkəmizə humanitar yardım məqsədilə gəlmişdilər.
 

Yaralıların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması məqsədilə onların müalicəsi həm ölkəmizdə, həm də Türkiyə Respublikasında aparılır. 51 ağır yaralı qazimiz müalicə məqsədilə qardaş ölkəyə göndərilib.


Ən böyük istəyimiz əlil arabasında və ya xərəkdə yola saldığımız ağır yaralı qardaşlarımızın ölkəmizə ayaq üstə geri dönmələrini görməkdir. Biz bunun üçün əlimizdən gələni edirik. Növbəti siyahılar hazırdır.

Qarşıdakı günlərdə onlarla qazimiz müalicə üçün Türkiyəyə göndəriləcək. Onu da qeyd edim ki, beş qazimiz sağlamlığına qovuşaraq ölkəmizə geri qayıdıb. Bu, bizi çox sevindirir.

Fondun fəaliyyəti çərçivəsində müxtəlif layihə və aksiyalar da həyata keçirilir. Bunlardan biri sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə bağlı olan layihədir. Həmin layihə çərçivəsində şəhid övladlarının ilkin olaraq zəruri xərclərinin qarşılanması məqsədilə körpələrin analarına 1000 AZN vəsait təqdim olunur.

Ondan sonra həmin uşaqlar üçün bank hesabı açılır və müqavilə bağlanır. Həmin bank hesabına Fonda edilmiş ianələr vasitəsilə 5000 AZN vəsait yerləşdirilir. Vəsait 16 yaşı tamam olduqdan sonra uşağın özü tərəfindən bank hesabından çıxarıla bilər.

Bankla edilmiş razılaşmaya əsasən vəsaitin üzərinə illər üzrə faiz gələcək. Uşağın anası valyutanı istədiyi kimi dəyişə bilər. Həmçinin ana ilə bank arasında bağlanmış müqaviləyə əsasən həmin vəsait bəzi istisna hallarda qeyd edilən vaxtdan tez hesabdan çıxarıla bilər.
 

Bundan əlavə, Fondun əsas istiqamətlərindən biri də təhsil istiqamətidir. Biz çalışırıq ki, həm qazilərin özlərinin, həm də şəhidlərimizin övladlarının yüksəksəviyyəli təhsil xidmətlərindən faydalanmasına nail olaq. Bir neçə özəl məktəblə danışılıb və onlarla müqavilələr bağlanılıb.


Bu barədə elan da verilib. Şəhidlərin övladları həmin elan üzrə qeydiyyatdan keçərək müvafiq prosedur-qayda təmin olunduqdan sonra o məktəblərdə ödənişsiz olaraq təhsil alacaqlar.

Həmçinin ölkə xaricində təhsil alan şəhid övladları var ki, onların da bir neçəsinin təhsil xərclərini "YAŞAT" Fondu qarşılayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov: Ermənistanın Aİ-yə daxil olmaq "həvəsi" tezliklə yox olacaq

Lavrov: Ermənistanın Aİ-yə daxil olmaq "həvəsi" tezliklə yox olacaq

“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı

Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Tanınmış müğəniyə ağır itki

Tanınmış müğəniyə ağır itki

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Co Baydenin oğlu etiraf etdi

Co Baydenin oğlu etiraf etdi

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Salyanda ağır qəza: 5 yaralı var

Salyanda ağır qəza: 5 yaralı var

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO

Bərə qəzasına görə nazir işdən çıxarıldı

Bərə qəzasına görə nazir işdən çıxarıldı

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

End of content

No more pages to load

RADİO