Cəbrayılda avtomobilin aşması ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.