Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya tədbirləri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ukraynalı uşaqların gəzintisində iştirak edib.
Xüsusi dəstək proqramı çərçivəsində Ukrayna Mərkəzinə səfər təşkil olunub.Görüş zamanı uşaqlara xüsusi diqqət və qayğı göstərilib.
Azərbaycanın mədəni və tarixi irsi ilə tanış olmaları məqsədilə İçərişəhərə gəzinti təşkil edilib. Azərbaycan Milli Xalça Muzeyində isə uşaqlar üçün ekskursiya və müxtəlif ustad dərsləri keçirilib.

















Bizim.Media