“İran müəyyən şərtlə diplomatiyaya daha bir şans verməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“ABŞ-nin etimadı möhkəmləndirmək və ədalətli həllə nail olmaq istiqamətində səmimi niyyətini təsdiqləyən inandırıcı sübutlar görəcəyimiz təqdirdə İran diplomatiyaya daha bir şans verməyə hazırdır”, – deyə nazir bildirib.
Əraqçi əlavə edib ki, Vaşinqton müharibə yolunu seçərsə, bu, daha böyük strateji uğursuzluğa səbəb olacaq.
Bizim.Media