Rusiyanın səbr kasası DOLUR – Ermənistanın cəzası apreldə VERİLƏCƏK – TƏHİL 

Ermənistan-Rusiya münasibətlərində gərginlik gün keçdikcə daha da artır. Amma gərginlik süni şəkildə və birtərəfli qaydada yaradılır. Görünən odur ki, rəsmi İrəvan Rusiya ilə münasibətdə “atı daşlığa sürür”.

Bunun müqabilində isə Rusiya təmkin nümayiş etdirir. Rəsmi Moskva ermənilərin səsləndirdiyi 10 bəyanatın birinə cavab verir. Bu cavablar da daha çox tövsiyə xarakteri daşıyır. Bu da onu göstərir ki, Rusiya hələki Ermənistanın siyasi hakimiyyətinin “şıltaqlığını” ancaq müşahidə edir.

Bəs, Rusiya niyə təmkin nümayiş etdirir?

Rusiya Ermənistanı heç zaman rəqib gözündə görməyib. Ona ancaq bir koloniya, for-post kimi baxır. Ona görə də Rusiya Ermənistanda baş verənləri soyuqqanlılıqla müşahidə edir, qərar verməyə, adekvat cavab tədbirləri görməyə tələsmir. Çünki Rusiyanın başı kifayət qədər ciddi problemlərə qarışıb. Ukrayna ilə müharibə, beynəlxalq sanksiyalar Rusiyanın böyük ölçüdə başını qatıb. Ona görə də hər zaman Rusiya özünün “arxa bağça”sı kimi gördüyü Ermənistana bir növ baş qoşmur.

Amma bu uzun müddət davam edə bilməz. Çünki Rusiyanın başının qarışmasından istifadə edən Paşinyan iqtidarı Qərbi Ermənistana gətirmək istəyir. Bu da Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də Rusiyanın Ermənistanla bağlı yaxın zamanlarda qəti qərar verəcəyi gözlənilir. Bəzi ekspertlər bunun yaxın 3 ayda baş verəcəyini deyir.

Amma erməni siyasi ekspert Armen Petrosyan hesab edir ki, apreldə, Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha aydın addımlar atacağını gözləmək olar:

“Rusiya deyir: “Ya bütün istiqamətlərdə bizimləsən, ya da heç bizimlə deyilsən”. Moskva göstərmək istəyir ki, bundan sonra yalnız tərəfdaşlar üçün faydalı olan sahələrdə əməkdaşlıq olacaq”.

Politoloq deyir ki, rəsmi Moskvanın Paşinyanı “başa salmaq” üçün əlində kifayət qədər rıçaqlar var:

“Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artırarsa, bu, ciddi iqtisadi problemlər yaradacaq. Digər tərəfdən, belə bir qərar Ermənistan hakimiyyətinə qarşı əhali arasında kəskin narazılığın artmasına səbəb ola bilər”.

Ermənistanın ipləri Rusiyanın əlindədir

Nəzərə alaq ki, Petrosyan yalnız bir məqama toxunub. Amma Rusiyanın Ermənistanı cəzalandırmaq üçün əlində “n” qədər rıçaqı var. Bu gün Ermənistanın ən böyük ticarət partnyoru Rusiyadır. Ermənistanda son 35 ildə yatırılan investisiyanın 80-85 faizi ruslara məxsusdur. Hazırda bu ölkədə həyata keçirilən infrastruktur layihələrin əksəriyyətinin maliyyəsi Rusiyadan gəlir.

Ermənistanın hərbi sənaye kompleksi də əsasən Rusiya istehsalıdır. Ən başlıcası Ermənistan əhalisi bu gün Paşinyan hökumətindən daha çox Rusiyadan xeyir görür. Ermənistan əhalisinin ən azı 2/3-i Rusiyadan göndərilən pullar hesabına həyatda qalır.

Əgər rəsmi Moskva 1,5 milyon erməni miqrantı Rusiyadan qovsa, həmin ermənilər Paşinyanı yox, onun oturduğu inzibati binanı belə daş-qalaq edərlər. Obrazlı desək, Ermənistanda bu gün bitən hər ağacın hesabatı da Rusiyada hazırlanır. Ona görə də Rusiya istənilən vaxt Ermənistanı çox ağır şəkildə cəzalandıra bilər.

Rusiyanın da səbrinin sərhədi var.

Gec-tez rəsmi Moskva İrəvandan hesab soruşacaq. Ekspertlərin dediyi kimi bu yaxın 1-2 ayda baş verə bilər. Çünki Rusiya 2 il əvvəlki illə müqayisədə xeyli toparlanıb. Ölkə iqtisadiyyatı yeni şərtlər əsasında çox uğurla inkişaf etdirilir. Ukrayna cəbhəsində də işlər pis getmir.

Ən əsası Qərbin Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları getdikcə zəifləyir. Bu da imkan verir ki, rəsmi Moskva digər “cəbhələri” də nəzərdən keçirsin. Belə məqamda isə ilk yada düşən Ermənistanla olan soyuq münasibətlərdir.

Nəzərə alaq ki, martın 24-də Rusiyada növbəti prezident seçkiləridir. Məhz bu seçkilərdən sonra regionda bəlkə də kardinal dəyişikliklər olacaq. Bundansa ən böyük zərər görəcək ölkə yəqin ki, Ermənistandır. Unutmayaq ki, Ukrayna Qərbin siyasi və 300 milyard dollarlıq maliyyə dəstəyi hesabına Rusiya ilə başa çıxa bilmədi. Bəs, onda Qərbin açdığı iki laboratoriya  və 408 müşahidəçi ilə Ermənistan Rusiyanın qarşısına necə çıxacaq?!

Ona görə də erməni politoloq Armen Petrosyan demiş:

“Ermənistan hakimiyyəti uzunmüddətli perspektivə əsaslanan qərarlar qəbul etməli və mümkün riskləri idarə etməyi bacarmalıdır”.

Əks təqdirdə Paşinyanın səriştəsiz siyasəti Ermənistanın sonunu gətirə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO

Sabah əsl yay havası olacaq - PROQNOZ

Sabah əsl yay havası olacaq - PROQNOZ

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA

Ceki Çan Azərbaycana gəlir

Ceki Çan Azərbaycana gəlir

Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

Gürcüstanda ağır qəza- Azərbaycanlılar həyatını itirdi - VİDEO

Gürcüstanda ağır qəza- Azərbaycanlılar həyatını itirdi - VİDEO

Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Şagirdin səhvinə görə valideyn cərimələnə bilər - Qazaxıstan modeli Azərbaycanda tətbiq olunacaq?

Şagirdin səhvinə görə valideyn cərimələnə bilər - Qazaxıstan modeli Azərbaycanda tətbiq olunacaq?

Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”

Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”

Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib

Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib

Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

Köçəryanın ofisində ƏMƏLİYYAT – Saxlanılanlar var

Köçəryanın ofisində ƏMƏLİYYAT – Saxlanılanlar var

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Akif İslamzadənin SON DURUMU

Akif İslamzadənin SON DURUMU

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ”

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO