İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri  

İranın Cənubi Qafqaz siyasətinin prioritetlərindən biri Qərbin regiona nüfuzu və təsirinin qarşısını almaqdır. Lakin Tehran Ermənistan-Qərb yaxınlaşmasına sərt reaksiya vermək əvəzinə susqunluğunu qoruyur. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) hazırladığı təhlildə yer alıb.

Təhlildə deyilir:

"Ermənstan - İran üçün imtiyazlı ölkə 

İran üçün Ermənistan xüsusi və imtiyazlı ölkədir. Tehran Yaxın Şərq siyasətində Suriya, Cənubi Qafqazda isə Ermənistana üstünlük verir. Ermənistan İranın qonşuları arasında müsəlman olmayan yeganə ölkədir. Ən maraqlısı isə odur ki, bu xristian dövləti islamçı rejimin problem yaşamadığı tək qonşu ölkədir. İranın nöqteyi-nəzərindən Ermənistan Cənubi Qafqazda xristian Qərbin bir parçasıdır. Bu amil İranın Qərblə münasibətlərini yumşaltmaq imkanlarından biri kimi qiymətləndirilir. 

Geosiyasi baxımdan isə Ermənistan Türkiyə ilə yanaşı İranın Avropaya açılan iki pəncərəsindən biridir. Lakin İran Türkiyədən asılılığını azaltmağı düşünür və Ermənistanla münasibətləri gərginləşdirməklə Türkiyə marşrutundan asılılığını artırmaq istəmir. İranın Azərbaycan-Türkiyə müştərək layihələrinə qarşı Ermənistan kartından istifadəsi də məhz bu kontekstdə dəyərləndirilməlidir. 

İran Ermənistanla yaxşı münasibətlər qurmaqla həm də Qərbə müxtəlif mesajlar verir. O bəyan edir ki, İŞİD, “Taliban”, “Əl-Qaidə” və bu kimi təşkilatlardan fərqli olaraq radikal və fundamentalist deyil, qeyri-müsəlmanlara qarşı dözümlüdür. Bununla yanaşı, İran erməni diasporunun imkanlarından da faydalanır, bu yolla yəhudi lobbisinin təsirini azaltmağa çalışır. İslam Respublikası hesab edir ki, Avropa və ABŞ-dakı erməni diasporunun siyasi və iqtisadi gücü Tehrana qlobal siyasətdə fəal olmaq üçün imkanlar yarada bilər. 

İranın Qərb və Rusiya ilə ziddiyyətli tərəfdaşlığı 

Qərbin Ermənistandan dolayı Azərbaycana təzyiq göstərməsi ölkəmizdə anti-Qərb əhval-ruhiyyəsinin artmasına səbəb olur. Bu, İranın ideoloji fəaliyyətinə şərait yaratmasa da, Azərbaycan-Qərb münasibətlərini məhdudlaşdırmaqla Tehran üçün siyasi və geosiyasi fəaliyyət meydanı açır. Lakin İran administrasiyası öz prinsiplərini pozaraq Qərbin təzyiqinə boyun əyməyən Azərbaycanı deyil, Qərblə yaxınlaşmaq istəyən Ermənistanı dəstəkləyir. 

Ziddiyyətli görünsə də, Qərbin Azərbaycandan tələb etdiklərini İran da təqdir edir. Bu isə müəyyən məsələlərdə, o cümlədən Azərbaycana münasibətdə İran-Qərb tərəfdaşlığını üzə çıxarır. Özü də bu əməkdaşlıq kortəbii deyil, Fransa tərəfindən koordinasiya olunur. Hazırda İran Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək istiqamətində Qərblə ortaq hərəkət edir. 

Bu gün Qərb Türkiyənin Azərbaycanla müttəfiqliyinə görə Ankaradan yan keçərək Ermənistanla əlaqələri birbaşa inkişaf etdirmək istəyir. Tehran İrəvanın Qərblə yaxşı münasibətlər qurmasının tərəfdarıdır, amma bu münasibətlərin siyasi, strateji və hərbi müttəfiqliyə çevrilməsini istəmir. İran Ermənistanı Qərbə qarşı Rusiyanın tərəfində saxlanılmalı olan ölkə kimi görür. İslam Respublikası həm də özünü Ermənistan üçün Rusiyaya alternativ kimi təqdim edir. 

Nəticə 

İranın susqunluğu öz prinsiplərinə zidd olaraq daim rastlaşdığı ideologiya - praqmatizm qarşıdurmasının fərqli təzahürüdür. Bu ziddiyyət dini rejimin öz qırmızı xətlərini daim keçərək qeyri-sabitliyini üzə çıxarır. Onun Ermənistana qarşı “ideoloji tolerantlığı” Azərbaycana qarşı tətbiq etdiyi ikili standartların göstəricisidir.  

Tehran Bakı və İrəvan arasında qaynar münaqişənin olmasını istəmir, lakin tərəflərin barışmasını da özü üçün təhlükə kimi görür. İran Ermənistana qalib gələn Azərbaycanı Cənubi Qafqazdakı yeni rəqibi kimi nəzərdən keçirir.

Ermənistanla bağlı Rusiya ilə Qərb arasında münaqişənin və gərginliyin dərinləşməsi də İranı narahat edən digər məsələdir. Tehran öz sərhədlərində “ikinci Ukrayna” görmək istəmir.

Ermənistanın institusional olaraq NATO və Aİ kimi təşkilatlara daxil olmaq cəhdlərinin konkretləşdirməsi və inteqrasiya prosesinə başlaması İran üçün qəbuledilməzdir. Bu kontekstdə Tehranın strategiyası aydındır: O, Rusiyanın əli ilə Ermənistanı məhdudlaşdırmağa çalışır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO

Sabah əsl yay havası olacaq - PROQNOZ

Sabah əsl yay havası olacaq - PROQNOZ

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA

Ceki Çan Azərbaycana gəlir

Ceki Çan Azərbaycana gəlir

Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

Gürcüstanda ağır qəza- Azərbaycanlılar həyatını itirdi - VİDEO

Gürcüstanda ağır qəza- Azərbaycanlılar həyatını itirdi - VİDEO

Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Şagirdin səhvinə görə valideyn cərimələnə bilər - Qazaxıstan modeli Azərbaycanda tətbiq olunacaq?

Şagirdin səhvinə görə valideyn cərimələnə bilər - Qazaxıstan modeli Azərbaycanda tətbiq olunacaq?

Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”

Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”

Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib

Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib

Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

Köçəryanın ofisində ƏMƏLİYYAT – Saxlanılanlar var

Köçəryanın ofisində ƏMƏLİYYAT – Saxlanılanlar var

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Qəbələyə gedən qatarlar Kürdəmirdə də DAYANACAQ

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Portuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Üç gün əvvəl pəncərədən yıxılan tələbə HƏYATINI İTİRDİ – FOTO

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Akif İslamzadənin SON DURUMU

Akif İslamzadənin SON DURUMU

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ”

“Yermak bir neçə saat sonra AZADLIQDA OLACAQ

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO