Sergey Markov: “ABŞ İrana qarşı Ermənistan ərazisindən istifadə etməyi planlaşdırır” – ÖZƏL

“Hazırda ABŞ və Azərbaycan arasında münasibətlər kritik həddədir. Sözügedən gərginliyi Azərbaycan-Avropa münasibətlərinə də şamil etmək olar.Nəzərə alınmalıdır ki, Avropa Birliyinin xarici siyasətində Fransanın önəmli rolu var. Digər məqam, bu ölkələrin xarici siyasətində aktiv rol oynayan erməni diasporudur ki, münasibətlərin gərginliyində bu faktı gözardı etmək olmaz”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.

ABŞ-ın Rusiya və Azərbaycana qarşı addımlar atmasını üç istiqamətdə şərh edən analitik, erməni diasporu, Rusiyaya qarşı yeni cəbhə və Paşinyanın anti-Rusiya siyasəti səbəbindən gərginliyin hər gün artdığına diqqət çəkib.

“Ermənistan KTMT-dən çıxacaq”

“Bundan başqa, burada digər bir məsələ var. Bu məsələ isə Amerikanın anidən Rusiya ilə də münasibətlərinin pozulmasıdır. Onlar Qafqaza müdaxilə etməklə Rusiyaya maksimum dərəcədə zərər vurmaq istəyirlər.

Üçüncü məsələ isə Nikol Paşinyandır. Yəni, 44 günlük müharibədə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycana qarşı çıxmadıqları üçün Paşinyan Rusiya ilə münasibətləri pozmaq qərarına gəlib.

Bu üç səbəb ucbatından anidən erməni diasporu Paşinyana tərəf yönəldi və ABŞ-ın Rusiya və Azərbaycanla münasibətlərinin korlanması prosesinin sürətlənməsinə təkan verdi. ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı seyrini şərh etmək çətindir. Düşünürəm ki, bunu zaman göstərəcək.

Ən ağıla batan fikirlərdən biri odur ki, ABŞ Ermənistanın KTMT-dən çıxmasına nail olacaq. Hansı ki, bununla Ermənistan öz ərazisində ABŞ-ın və ya Fransanın hərbi baza yaratmasına icazə verəcək”, - deyə S.Markov bildirib.

Politoloq hesab edir ki, Qafqaza müdaxilə Rusiyaya qarşı olmaqla yanaşı, İrana qarşı da yönəlib. ABŞ İrana nəzarəti Qafqazdan həyata keçirmək istəyir. Bakının balanslı siyasəti onların oyunlarına əngəl olduğu üçün kukla obrazında olan İrəvan kartı daha real və asan görünür:

ABŞ İrana qarşı Ermənistanda hərbi birlik yaradacaq

“Onlar Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasına nail ola bilərlər. Yəni bunlar ilkin ehtimallardır. ABŞ-ın ermənilərlə münasibətlərinin yaxşılaşmasının səbəblərindən biri də, İranla münasibətlərin korlanmasıdır. Çünki hazırda Rusiyanın hərbi bazasının orada olması İran üçün təhlükə deyil və Rusiyanın İranla münasibətləri heç də pis deyil.

ABŞ isə hazırda İranda bir sıra çevriliş etmək planı hazırlamaqdadır. Bu baxımdan ABŞ-a onun Ermənistanda hərbi bazasının olması sərf edir. Ermənilərin yerinə yetirəcəyi şərtlərdən biri də, ABŞ üçün öz ərazisində manevr imkanı yaratmaqdır.

Hansı ki, lazım gəldikdə ABŞ İranla rahat müharibə apara bilsin. Ermənistan tərəfindən bütün bu şərtlər yerinə yetirildikdən sonra, ABŞ-ın Azərbaycana qarşı münasibətləri necə olacaq?

Kimsə deyə bilər ki, ABŞ bundan sonra Ermənistan qarşısında məsuliyyət daşıyacaq. Və buna görə də, ABŞ Ermənistana daha çox hərbi dəstək göstərəcək. Digər tərəfdən baxdıqda, ABŞ böyük bir qüvvədir. Buna görə də, hər an fikrini dəyişə bilər və Azərbaycanla mübasibətlərini yaxşılaşdırada bilər”, - deyə S.Markov qeyd edib.

“Vaşinqtonun Qafqaz planları onilliklərə hesablanıb”

“Problem ondadır ki, ABŞ-ın bütün bu tələbləri, yəni: Ermənistanın KTMT-dən çıxması, Rusiya ilə münasibətlərini korlaması, Rusiya telekanallarının bağlanması, Gümrüdəki hərbi bazanın oradan çıxarılması, ABŞ-ın orada hərbi bazası yaratması, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlar keçirməsi, bunun üçün Ermənistanın ərazisindən istifadə etməsinə icazə verməsi – ümumilikdə bütün bunlar xeyli vaxt aparacaq.

Bu illərlə zaman tələb edir. ABŞ hazırda Azərbaycana qarşı bütün bunları etməklə, Ermənistanda öz tələblərini həyata keçirmək fürsətini əldə edir”.

“Bakını etnik təmizləmədə ittiham etmək yox, tolerantlıqlarından dərs almaq lazımdır”

ABŞ üçün real faktlar önəmli deyil. Onlar Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Əslində isə, Azərbaycan öz haqq işini görür.Yəni, Azərbaycan hökuməti Qarabağda ermənilərin yaşamasına etiraz etmədiyini dəfələrlə bildirib. Buyursunlar gəlsinlər, Azərbaycan qanunları altında yaşasınlar. Yəni, onlar Azərbaycanda yaşayan bütün vətəndaşların daşıdığı hüquqları daşıyacaqlar. Azərbaycanın bu mövqeyi özünü 23 saatlıq antiterror tədbirlərində də göstərdi.

Hansı ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatlar zamanı heç bir mülkü vətəndaşa zərər vurmadılar. Buna görə də, Azərbaycanı hansısa etnik təmizləmədə günahlandırmaq gülüncdür.

Azərbaycanı bu mövzuda ittiham etmək yox, daha da tərifləmək lazımdır. Azərbaycan multikultural baxımdan çox böyük, inkşaf etmiş bir dövlətdir. Burada bir sıra xalqlar və icmalar çox rahatlıqla yaşayır”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

End of content

No more pages to load

RADİO