"Həll yolunun açarı Azərbaycan və Ermənistandadır" - Hikmət Hacıyev

"Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik. Digər ölkələr məsələnin həllinə kömək etməyəcəklər.Bu, BMT Təhlükəsizlik Şurasından aldığımız əsas mesajdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməsinin illərlə icra olunmamasına diqqət çəkib:

“BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Qarabağla bağlı 4 qətnamə qəbul edib və bu qətnamələrlə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edib. Ancaq təəssüf ki, bu qətnamələr illərlə kağız üzərində qaldı, icra olunmadı.

Keçmiş Minsk qrupunun həmsədrləri də BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün lazımi səyi göstərmədilər. Lakin təəssüf edirəm ki, indi, 30 ildən sonra BMT Təhlükəsizlik Şurası regionumuzdakı məsələləri müzakirə etməyə başlayır. Maraqlıdır, Təhlükəsizlik Şurasında avqustun 16-da səsləndirilən bəyanatların nəticəsi nədir?”

Hikmət Hacıyev məsələnin həllinin məhz iki ölkədən - Ermənistan və Azərbaycandan asılı olduğunu vurğulayıb:

“Fikrimcə, artıq müəyyən həddi aşıblar. Bununla bağlı hər kəs eyni fikri bölüşür, belə ki, məsələ Vaşinqtonda, Brüsseldə və ya başqa bir yerdə deyil, məhz yerində həll olunmalıdır. Açar iki ölkədə - Azərbaycan və Ermənistandadır".

Biz həll yolu tapmaq üçün bir-birimizlə danışmalıyıq. Qarabağ erməniləri Azərbaycan sərhədləri daxilində yaşayırlar, başqa yol yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

End of content

No more pages to load

RADİO