Türkiyənin “Qalatasaray” klubu sosial şəbəkə hesabları vasitəsi ilə Azərbaycanın müstəqilliyinin bərpası gününü təbrik edib.
Bizim.Media xəbər verir ki, İstanbulun futbol klubu Türkiyə və Azərbaycan bayraqlarının birgə şəklinin paylaşıb və bu sözləri yazıb:
“Dost və qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünü təbrik edirik”.
Xatırladaq ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.
Bizim.Media
