“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, təmsilçimiz müntəzəm mövsümün II turu çərçivəsində Türkiyədə “Trabzonspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
A qrupunda “Trabzonspor” və Litvanın “Ritas” komandaları 2, Fransanın “Nanter 92” klubu və “Sabah” isə 1 xala malikdir.
Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litva təmsilçisi “Ritas”a 73:82 hesabı ilə məğlub olub.
Bizim.Media