"Mançester Siti"nin avtobusu İngiltərə Premyer Liqasının 11-ci turunda " Liverpul "la oyundan (0:1) sonra hücuma məruz qalıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, klub "Enfild"də oynanılan matçdan sonra stadiondan ayrılmaq istədiyi vaxt onların avtobusuna əşyalar atılıb.
Atılan əşyalardan biri avtobusun ön şüşəsini zədələyib.
Qeyd edək ki, 2018-ci ildə ÇL-in 4/1 finalında "Liverpul"la matçdan sonra da Mersisayd təmsilçisinin azarkeşləri bənzər hücum etmişdilər. Bu hadisəyə görə UEFA "Liverpul"u cəzalandırmışdı.
Bizim.Media
