“Qarabağ” Avropa Liqasında daha bir göstəricidə əksər komandaları qabaqlayıb.
Bizim.Media xəbər verir ki, ötən gün Bakıda Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edən Ağdam təmsilçisi qrup mərhələsində dörd oyunun üçündə qol buraxmayıb.
Ardıcıl 3 oyundur qol buraxmayan “Qarabağ” ən uzun “quru” seriyası olan 3 komandadan biridir.
"Qarabağ" qrupda 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.
Bizim.Media