Artıq dördüncü gündür ki, koronavirus məhdudiyyətləri ilə bağlı səngiməyən iğtişaşlar zamanı Amsterdamda bir neçə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı NU.nl nəşri yayıb.
Mənbə yazır ki, partlayışlar Niderland paytaxtının kənarında Osdorp rayonunda qeydə alınıb.
İnsident zamanı nümayişçilərin yandırdığı yük avtomobili partlayıb. Ticarət köşkünün də partladığı deyilir.
Polis əməkdaşları ilə toqquşmalar olub. Gecə komendant saatının başlanmasına görə ərazi mühasirəyə alınıb, etiraz fəallığı, demək olar ki, dayanıb. Nəşrə görə, etirazçıların bəziləri yeməkxanada gizləniblər.
Ölkədə iğtişaşlar yanvarın 22-də başlayıb. Koronavirus səbəbindən hakimiyyət orqanları fevralın 21-dək davam edəcək komendant saatı elan ediblər. Sakinlərə saat 21:00-dan 4:30-dək bayıra çıxmaq qadağandır.
Bizim.Media