Kürasao millisi 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanan ən az əhaliyə malik ölkə kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı "X" sosial şəbəkəsində paylaşım edib.
Təşkilatın nümayəndələri müvafiq sertifikatı Kürasao Futbol Federasiyasının prezidenti Gilbert Martinaya təqdim ediblər. Karib dənizində yerləşən bu ölkənin əhalisi 156 115 nəfərdir ki, bu da futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan bütün dövlətlər arasında ən aşağı göstəricidir.
Kürasao millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə yüksəlib. Komanda Almaniya, Ekvador və Kot-d'İvuar yığmaları ilə birlikdə E qrupunda yer alıb.
İlk turda Kürasao millisi Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Komanda növbəti oyununu iyunun 21-də Ekvador yığmasına qarşı keçirəcək.
Bizim.Media