“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Ağdam klubu mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa ilə anlaşıb.
28 yaşlı oyunçu yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacaq. Ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştrela” klububunda keçirən təcrübəli müdafiəçi komandası ilə 11 oyunda çıxış edib. O, müqavilə ilə İspaniyanın “Almeyra” klubuna məxsusdur. Bruno karyerası ərzində Portuqaliyanın “Çaves”, Kipirin “Pafos” kimi klublarında çıxış edib.
Müdafiəçi Mozambik millisində 37 oyunda forma geyinib və 1 qol vurub. Nüfuzlu “transfermarkt” saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media