Meksika millisinin formasını geyinən qanadlı azarkeş DÇ-2026-nın ulduzuna çevrildi - FOTO

Meksika millisinin futbolçuları Xulian Kinyones və Raul Ximenes açılış oyununda qələbə qollarını vursalar da, matçın və turnirin əsl şou ulduzu tamamilə fərqli bir canlı olub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bütün Meksika dünya çempionatının açılış oyununda Cənubi Afrika üzərində qazanılan qələbəni coşğu ilə qeyd edərkən, milli komandanın rənglərində bəzədilmiş "Merlin" adlı iki yaşlı erkək ördək (yaşılbaş ördək) internet şəbəkələrinin əsas sensasiyasına və turnirin ilk qeyri-rəsmi talismanına çevrilib.
 

Meksikanın paytaxtı Mexikonun küçələrində əynində milli komandanın forması və ayaqlarında xüsusi corablarla qürurla addımlayan Merlinin görüntüləri qısa müddətdə milyonlarla baxış toplayıb.


Adını aldığı məşhur sehrbaz Merlin kimi, bu sevimli ördək də bir gecədə bütün dünyadakı sosial şəbəkə istifadəçilərini özünə aşiq edib. Sosial şəbəkələrdə azarkeşlər "Bu ördək artıq Meksikanın milli sərvətidir" və "Biz Merlini stadionun tribunalarında görmək istəyirik" deyə şərhlər yazırlar.

Su satıcısından milyonların kumirinə

Əslində, paytaxt Mexiko sakinləri üçün Merlin çoxdan yerli məşhurluq qazanıb. Onu tez-tez şəhərin tarixi mərkəzindəki yarmarkalarda və bayram tədbirlərində görmək olar. Ördək hər yerdə sahibi Karla Qomesi müşayiət edir. Karla həftəsonları kiçik arabası ilə su və alkoqolsuz içkilər satır. Onların hər küçəyə çıxışı mütləq yoldan ötənlərin sevincli sədaları və selfi çkdirmək istəyənlərin növbəsi ilə müşayiət olunur.

"Biz onu evdə tək qoymağı sevmirik, həmişə yanımızda olmasını istəyirik. O, bizim sevimli balamız, bütün mülkümün yeganə varisi, indi isə həm də dünya idoludur", - deyə Karla Qomes gülümsəyərək bildirib.

Merlin ilkin olaraq Karlanın kiçik oğlu Kristian üçün hədiyyə olaraq alınıb və o vaxtdan bəri uşaqla ayrılmaz dosta çevriliblər.

Sahibi etiraf edir ki, ev heyvanının qəfil dünya şöhrəti qazanmasının miqyasından hələ də şokdadır:

"Merlin əvvəllər də küçələrdə kifayət qədər tanınırdı və bizə su satmağa kömək edirdi. Amma onun bütün dünyada belə bir çılğın furor yaradacağını heç xəyalımıza da gətirə bilməzdik".

İndi ailə ümid edir ki, onların məşhur qanadlı azarkeşi Meksika millisinə uğur gətirməkdə davam edəcək.

Xatırladaq ki, 2026-cı ildə Meksika futbol üzrə dünya çempionatına tarixi üçüncü dəfədir (1970 və 1986-cı illərdən sonra) ev sahibliyi edir — bu dəfə Kanada və ABŞ ilə birlikdə ortaq təşkilatçı qismində çıxış edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

End of content

No more pages to load

RADİO