Çərşənbə axşamı Youtube video hostinqi ABŞ-ın eks-prezidenti Donald Trampın hesabının dondurulmasını qeyri-müəyyən müddətə uzatmağa qərar verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Politico qəzeti yazır.
Keçmiş dövlət başçısının hesabı ilk dəfə yanvarın 13-də bir həftəyə dondurulmuşdu.
Sonra Trampın kanalındakı son video "zorakılığı alovlandırıb" iddiası ilə çıxarılıb. Nəticədə xidmət səhifəsinin dondurulması bir həftə uzadılıb.
"Zorakılığın davam etmə ehtimalı ilə bağlı narahatlıqlar üzündən Donald Trampın kanalı dondurulacaq", - deyə YouTube-un bəyanatında bildirilir.
Bizim.Media