Rusiyada səfərbərlik çərçivəsində toplanıb Ukraynaya göndərilmiş əsgərlər etiraz ediblər.
Bizim.Media xəbər verir ki, əsgərlərin çəkdiyi etiraz videosu “Telegram” kanallarında yayımlanıb.
Belqorod bölgəsində olduqlarını bildirən əsgərlər heç bir hərbi hissədə qeydiyyata alınmadıqlarını bildirib:
“1 həftə biz tamamilə heyvanı şəraitdə yaşamışıq. Biz hara gedirik? Silahlarımız var, amma bizim üstümüzə qeydiyyatda deyil. Öz aldıqlarımızla yaşayırıq”.
Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib.
Bizim.Media