Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Borovaya şəhərini işğaldan azad edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Ukrayna ordusunun hərbçiləri Borovaya şəhərinin mərkəzində dövlət bayrağını ucaldıblar.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa ənənəvi müraciətində Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirmişdi.
Bizim.Media